Xəbər lenti

Sənət 09:39 02.04.2019

Tanınmış azərbaycanlı rejissor qəfildən dünyasını dəyişdi

Sumqayıtda ölüm hadisəsi baş verib.

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında  şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.

Allah rəhmət eləsin...

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?