İdman 20:20 22.08.2019

Tanınmış futbolçu 40 yaşında vəfat etdi

Qana milli komandasının sabiq üzvü Junior Aqoqo 40 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat yayıb. Aqoqo Londondakı bir xəstəxanada dünyasını dəyişib.

Futbolçunun ölüm xəbəri açıqlanandan sonra formasını geyindiyi İngiltərə klublarından "Nottingem Forest", "Bristol", "Şeffild Vednesday" və "Barnet" başsağlığı mesajı yayımlayıb.

Futbolçu karyerasını 2012-ci ildə Şotlandiyanın "Hibernian" klubunda başa vuran Aqoqo 2015-ci ildə iflic olmuş və bundan sonra bir sıra xəstəliklərlə mübarizə aparmışdı.

Ölkəsinin ən yaxşı futbolçularından biri olan sabiq hüumçu Qana millisində keçirdiyi 27 oyunda 12 qol vurub.