4 məhbus vaxtından əvvəl azad edilmələri ilə bağlı ötən günlərdə məhkəməyə ərizə təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, hüquq müdafiəçisi Rəsul Cəfərov bu barədə sosial şəbəkədə yazıb. O, həmin şəxslərin adlarını açıqlayıb:
Səid Dadaşbəyli - 13 il 6 aydan 1 il 3 ayı qalıb
Cahangir Kərimov - 13 il 6 aydan 1 il 3 ayı qalıb
Ceyhun Əliyev (Hepatit-B xəstəliyindən də əziyyət çəkir) - 14 ildən 1 il 9 ayı qalıb
Ziya Əsədli (jurnalist) - 3 ildən 1 il 4 ayı qalıb”.
Şərhlər