Bu gün tanınmış şair Ələsgər Əlioğlu 73 yaşında vəfat edib.
Bu barədə Qaynarinfo-ya şairin ailə üzvləri məlumat verib.
Məlumata görə, Şair Ələsgər Əlioğlu 31 mart 2026-cı il tarixində Goranboy rayonunda qəfil ürək tutmasından vəfat edib.
Bir çox məşhur uşaq şeirlərinin müəllifi olan Ələsgər Əlioglu 1953-cü ildə Goranboy rayonu Xan Qərvənd kəndində anadan olub. Gənclik illərindən yaradıcılıqla məşğul olub.
1981-ci ildən Azərbaycan Yazıcilar Birliyinin üzvü, 1983-cü ildən SSRİ Yazıcılar Birliyinin üzvü olub.
Sovet illərində 5, müstəqillik dönəmində isə 7 kitabı işıq üzü görüb.
Şeirləri bir çox xarici dillərə- belarus, rus, özbək və türk dillərinə tərcümə olunub.
2016-cı ildə bir illik prezident təqaüdünə layiq görulüb.
Allah rəhmət eləsin.
Şərhlər