Xəbər lenti

Dünya 10:36 11.04.2019

Tarixin ən böyük səsverməsi başladı: 38 gün davam edəcək

Hindistanda dünyanın ən böyük parlament seçkiləri keçirilir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 29 ştat və 7 ittifaqda baş tutan seçkilər 19 maya qədər davam edəcək. Səslərin hesablanma tarixi isə 23 maydır.

Ölkədə 900 milyon vətəndaş səsvermə hüququna malikdir. 2014-cü ildə baş tutan sonuncu seçkilərdə hazırkı Baş Nazir Narendra Modinin "Bharatiya Janata" Partiyası qələbə qazanıb. 

"Lok Sabha" adlanan parlamentdə 543 yer var. Hökumət qura bilmək üçün minimum 272 yer əldə etmək lazımdır. 

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?