Təbrizin "Traktor" klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub. Cənubi Azərbaycan təmsilçisi 70 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl pozub.
Qeyd edək ki, türk çalışdırıcı mövsümün əvvəlindən komandaya baş məşqçilik edirdi. "Traktor" hazırda turnir cədvəlində 18 xalla 8-ci yerdədi.
Şərhlər