2012 DA14 asteroidi ötən axşam Yerin rekord məsafədə yaxınlığından - 27,7 min kilometrliyindən keçib.
45 metr diametrində kosmik cismin maksimal yaxınlaşması Bakı vaxtı ilə ötən gün saat 23.35-də qeydə alınıb. Bundan sonra asteroid planetimizdən uzaqlaşmağa başlayıb.Asteroid Hind okeanının şərq hissəsinin üzərindən keçib.Qeyd edək ki, əgər planetimiz təhlükəli 2012 DA14 asteroidi ilə toqquşsaydı, bu “görüş”ün effekti 1945-ci ildə Xirosimoya atılan bombadan 1000 dəfə güclü ola bilərdi (ANS PRESS).
Qaynar.info
Şərhlər