Təhlükəsizlik naziri “Qarabağ”ın oyunundakı təxribatla bağlı sorğuya cavab verdi

Təhlükəsizlik naziri “Qarabağ”ın oyunundakı təxribatla bağlı sorğuya cavab verdi

"F91 Dudelange” ilə Azərbaycanın "Qarabağ” klubu arasında keçirilən oyunda "Jozi Bartel” stadionunda dron uçurulması hadisəsindən sonra polisin araşdırması davam etdir. Bu barədə yaxın həftələrdə məlumat veriləcək”.

Qaynarinfo 5minutes.rtl.lu saytına istinadən xəbəbr verir ki, bu sözləri Lüksenburqun Təhlükəsizlik naziri Fransua Bauş millət vəkilləri Nensi Kemp-Arendt və Pol Qallesin sorğusuna cavab olaraq deyib.

Nazir bildirib ki, oyundan əvvəl UEFA tərəfindən bu görüş üçün xüsusi təhlükəsizlik tədbirləri görülməli olduğu barədə müraciət olmayıb: 

"Biz oyunu izləməyə yalnız dinc tərəfdarların gələcəyini gözləyirdik. "Qarabağ”ın oyunu zamanı stadionda dron uçurlması kimi bir hadisənin baş verəcəyi barədə heç bir məlumat yox idi. Erməni separatçılarının bayrağı ilə stadion üzərində dron uçduğunu görəndən sonra vəziyyətin kəskinləşəcəyini ehtimal edərək daha otuz nəfər təhlükəsizlik agenti yardıma çağırıldı. Nəzarət kameralarının təsvirləri aşağı olduğu üçün dronu və onu idarə edənləri tapmaq mümkün olmadı. Ancaq araşdırma davam edir”.

XƏBƏRLƏR
BLOGLAR