Texnologiya 16:06 07.10.2020

Telegram iki həftə ərzində üçüncü uğursuzluqla üzləşdi

Müxtəlif ölkələrdən olan istifadəçilər Telegram messencerinin işindəki nasazlıqdan şikayətlənib.


Qaynarinfo xəbər verir ki, məlumatlar populyar İnternet resurslarının işindəki problemləri izləyən Downdetector veb saytı tərəfindən yayımlanıb.


Portalın yazdığına görə, messencerin işindəki fasilələr Bakı vaxtı ilə təxminən 03.58-də başlayıb. Ən çox şikayət Rusiya və Ukraynadan gəlib, İtaliya, Almaniya, Azərbaycan və digər ölkələrdən olan istifadəçilər də şikayət ediblər.


Əsasən internetə bağlanma (şikayətlərin 83% -i) və mesajların göndərilməsində (16%) problemlər var.


Bu, son iki həftədə üçüncü Telegram qəzasıdır. Əvvəlki ikisi 25 sentyabr və 4 oktyabr tarixlərində qeydə alınıb.

 

Alpər