Xəbər lenti

Ötən il nə qədər azərbaycanlı xaricdən geri qaytarılıb?
Ölkə 12:05 11.01.2019

Ötən il nə qədər azərbaycanlı xaricdən geri qaytarılıb?

"2018-ci ildə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib". 

Qaynarino xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov deyib.
 


Onun sözlərinə görə, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19210 qərar qəbul edilib:

"Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. 2018-ci il ərzində 2 845 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir".

Xidmət rəisi bildirib ki, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub".

O bildirib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub: " Hazırda bu şəxslərin sayı 78 nəfərdir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->