2013-cü il martin 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi bağlı qətnamə qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu bildirilir.
Qaynar.info-nun AzərTAc-a istinadla verdiyi xəbərə görə, konqresmen Co Tauns tərəfindən hazırlanmış, konqresmenler Hardavey və Kuperin dəstək verdikləri HR0048 nömrəli qətnamə layihəsi Numayəndələr Palatasına təqdim edilmiş, 92 konqresmen layihənin lehinə səs verib.
Xatırladaq ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Massaçusets, Texas, Meyn, Nyu-Cersi, Corciya, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.
Qaynar.info
Şərhlər