Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib (FOTOLAR)

Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib (FOTOLAR)

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə başlayıb.

Qaynarinfo bu barədə quruma istinadən xəbər verir ki, Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

Qeyd edək ki, ixtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR