Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvar-fevral aylarında da pensiyaların maliyyələşdirilməsi prosesinin qrafikdən əvvəl yekunlaşdığını deyib.
Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı dəyişikliklər fonunda maliyyə dayanıqlığı DSMF-nin maliyyə göstəricilərində uğurla ifadə olunur.
“2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq. Məhz bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.
Qeyd edək ki, E.Mehdiyev məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində bunun nəzərə alınacağını da açıqlayıb.
Pensiyaları müxtəlif bankların bankomatlarından çıxarmaq olacaq!
Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev deyib.
O bildirib ki, birinci istiqamət banklararası interfeys şəbəkəsinin yaradılmasıdır ki, bununla pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək.
“Banklararası interfeys şəbəkəsinin qurulması ilə bir pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq. İkinci istiqamət isə pensiyaçılar arasında nağdsız ödəniş sahəsinin genişləndirilməsidir. Bu əsasda onlara verdiyimiz çoxfunksiyalı plastik kartlardan istifadə edərək, vəsaitləri nağd götürmək yox, nağdsız POS-terminallardan istifadə edərək, alış-veriş, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair məqsədlərin istifadəsinə nail olmaqdır. Bu Dövlət Sosial Müdafiə Fondunun müəyyənləşdirdiyi hədəflərdir”.
Qaynar.info
Şərhlər