Sağlamlıq 22:35 30.07.2021

Təşkilat rəhbəri: "Koronavirusun daha təhlükəli ştamları üzə çıxa bilər"

"SARS-CoV-2 virusu mutasiyaya davam etdiyi üçün "Alfa”, "Betta”, "Qamma”, "Delta” variantlarından daha təhlükəli variantlarının üzə çıxması istisna oluna bilməz".

"Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Təşkilat rəhbərinin dediyinə görə, son həftələr ərzində ÜST-ün 6 bölgəsindən 5-də qeydə alınan yoluxma artımı əsas etibarilə daha yoluxucu olan, azı 132 ölkədə aşkarlanan "Delta” variantı ilə bağlıdır.