İdman 28.01.2022

Testi pozitiv çıxan milli üzvlərindən şad xəbər

Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən Qroningen şəhərindən Amsterdama gəlib.
 
Qaynarinfo xəbər verir ki, komandamız matçın baş tutacağı "Ziggo Dome”də bərpa məşqi keçirib. 

Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje cəzalı duruma düşüb və qrupun son duelində komandamıza kömək edə bilməyəcək. Əvəzində bir həftə əvvəl COVİD-19 anticism və PCR analizləri pozitiv çıxdığı üçün qaldıqları otel otağında karantinə alınan, Gürcüstanla İspaniyaya qarşı matçlarda iştirak etməyən Qallo ilə Rövşən Hüseynli bugündən sərbəstdirlər.
 
Buna görə də hər iki futzalçı Amsterdama gələrək komandaya qoşulub.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?