"Bakıda tıxac problemini valideynlərlə əlaqələndirmək ədalətsizlik olardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli nəqliyyat eksperti Ərşad Hüseynovun "Bu gün Bakı küçələrini yükləyən, saatlarla şəhərdə tıxac yaradan öz uşaqlarını fərdi avtomobilləri ilə dərsə aparan valideynlərdir” fikirinə münasibət bildirərkən deyib.
Ekspert sözügedən məsələnin hər zaman aktual olduğunu bildirib:
"Təkcə valideynlərin yaratdığı problem deyil, eləcə də dərslərin olmadığı aylarda da Bakı küçələrində problemləri görmüşük. Nəqliyyatın İntelektual İdarəetmə Sistemi var, onlar nə işlə məşğuldursa, bunu bilən yoxdur. Baxın, hansı küçədə sıxlıq varsa, orada nə bir yol göstərən, nə də idarə edən var. Sıxlıq eyni ərazilərdə davamlı şəkildə olur”.
Sentyabrın 15-dən sonra Bakıda daha böyük tıxacın yaranması səbəbləri barədə danışan Məzahir Məmmədli bildirib ki, orta və ali məktəb müəllimlərinin də fərdi nəqliyyatdan geniş istifadə edir:
"Müəllimlər fərdi avtomobildən istifadə edirlər. Valideynlər demək olar ki, uşaqlarını şəxsi maşınları ilə aparır. Bu amillər tıxacın artmasına səbəb olur”.
Qeyd edək ki, nəqliyyat eksperti Ərşad Hüseynov Bakıda tıxac yaranmasının səbəbini valideynlərlə əlaqələndirib: "Bu gün Bakı küçələrini yükləyən, saatlarla şəhərdə tıxac yaradan öz uşaqlarını fərdi avtomobilləri ilə dərsə aparan valideynlərdir”.
Bahar Rüstəmli
Şərhlər