İdman 10:20 26.07.2021

Tokio-2020: Rüstəm Orucov 1/4 finalda uduzdu

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq.
 
Səbuhi Həsənov