"Trabzonspor"un baş məşqçisi istefaya göndərildi

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.

Qaynarinfo-nun Türkiyə mediasına istinadən məlumatına görə, ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.

Komandanın 2020/2021 mövsümündə uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə "Kasımpaşa"ya 3:4 hesabı ilə uduzan "Trabzonspor" 5 xalla 18-ci pillədə qərarlaşıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR