ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trudou barədə qalmaqallı fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, "Böyük Yeddilik" ölkələrinin sammitindən sonra Trudou ABŞ-ın polad və aliminiuma tətbiq etdiyi gömrük vergisini tənqid etdi. Tramp isə "G7" görüşünün yekun bəyannaməsini imzalamayacağını açıqladı. Trudounun mövqeyinə etiraz edən ABŞ prezidenti "Twitter" hesabından bu fikirləri səsləndirib:
"Kanadanın baş naziri Castin Trudou "G7" görüşləri zamanı çox sakit və mülayim davranırdı. Mən gedəndən sonra isə mətbuat konfransında ABŞ vergilərini təhqir adlandırıb və bu münasibətə razı olmayacağını deyib. Qeyri-səmimi davranış və zəiflikdir".
Qeyd edək ki, ABŞ vergilərini Kanada xalqına təhqir adlandıran Trudou kanadalıların nəzakətli və ortaq həll yolu axtarmağa meyilli olduğunu, lakin bununla razılaşmayacaqlarını demişdi.
Gülşən
Şərhlər