Amerika rəhbəri Donald Trampın administrasiyası Yaponiya və Cənubi Koreyadan Amerika hərbi kontingentinin saxlanması xərclərini bir neçə dəfə artırmağı tələb edib.
Qaynarinfo xəbər verir ki, hələ yayda, o zaman Amerika Birləşmiş Ştatlarının Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edən Con Bolton Yaponiya hakimiyyətinə 50.000 ABŞ əsgərinin saxlanması üçün xərcləri dörd qat artırmaq tələbi ilə müraciət etmişdi.
Üstəlik, Boltonun Koreyanın səlahiyyətlilərinə də oxşar bir sorğu göndərdiyi bildirilir. Con Bolton Seula 28.5 min ABŞ əsgərinin ərazisindəki mövcudluğunu uzatmaq üçün xərcləri beş qat artırmağı təklif edib. Bu haqda "Foreign Policy” jurnalı məlumat yayıb.
Alpər
Şərhlər