Trampdan Çinə vergi güzəşti

Trampdan Çinə vergi güzəşti

ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən yeni gömrük vergilərini təxirə salıb.

Qaynarinfo xəbər verir ki, D.Tramp bu barədə "Twitter" hesabında məlumat yayıb. Daha əvvəl 1 oktyabrdan etibarən 250 milyard dollar dəyərində Çin məhsuluna tətbiq olunan 25% verginin 30%-ə qaldırılması barədə qərar açıqlamışdı. ABŞ-ın güzəştinə görə həmin qərar 15 oktyabra qədər təxirə salınacaq. 

Məlumata görə, Çinin Baş nazir köməkçisi Lu Hi Çin Xalq Respublikasının 70 illiyinin keçirilməsi ilə əlaqədar ABŞ rəhbərliyinə xahiş ünvanlayıb. D.Tramp addımını "xoşməramlı jest" adlandırıb.

Qeyd edək ki, ABŞ və Çin arasında 2018-ci ilin iyul ayından bəri iqtisadi müharibə davam edir.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR