ABŞ prezidenti Donald Tramp tərəfindən Ali Məhkəmə hakimliyinə namizəd göstərilən Brett Kavanaugh Ağ Evdə təşkil edilən mərasimdə and içib.
Qaynarinfo xəbər verir ki, andiçmə mərasimində sonra Kavanaugh Ali Məhkəmənin 9 üzvündən biri statusunu qazanıb.
Qeyd edək ki, Tramp tərəfdarı kimi bilinən Kavanaugh son dövrlərdə cinsi zorakılıq ittihamları ilə gündəmdə idi. Mərasimdən əvvəl Tramp nitqində böhtan və yalan xəbərlərə görə Kavanaughdan ölkə adına üzr istəyib.
Gülşən
Şərhlər