ABŞ prezidenti Donald Trampın "first lady" Melaniya Trampla evli olduğu dövrdə porno aktrisa Stormi Danielslə münasibəti iddiası barədə növbəti məlumat yayılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Trampın vəkili Maykl Kohen porno aktrisaya 130 min dollar ödədiyini etiraf edib. Lakin bu pulu Trampa aid təşkilat və ya seçki kampaniyası üçün verilən ianələrdən deyil, öz cibindən ödədiyini və bu prosesin qanuni yolla baş verdiyini vurğulayıb.
ABŞ mətbuatında pulun Danielsə prezidentlə münasibəti barədə mətbuata danışmamaq üçün verildiyi yazılır.
Qeyd edək ki, Stormi Daniels 2006-cı ildən bəri dəfələrlə Trampla münasibəti barədə iddiaları yalanlamışdı. Lakin o, ilin əvvəlində "In Touch" adlı jurnala 2006-cı ildə Donald Trampla yaxınlığını etiraf etmişdi.
Gülşən
Şərhlər