Türk aparıcılar Pərvizi "Survivor"dakı bu sözlərinə görə alqışladılar (VİDEO)
Türkiyənin "TV8" kanalında yayımlanan "Survivor Ekstra" verilişində azərbaycanlı idmançı Pərviz Abdullayevdən danışılıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Survivor 2020" yarışmasında iştirak edən həmyerlimizin performansı haqqında söhbət edilib.
Aparıcılar Pərvizin ən güclü iştirakçılardan biri olduğunu deyib. Həmyerlimiz dil problemi olduğu üçün komanda yoldaşları ilə dialoq qura bilmirdi.
Aparıcılar buna diqqət çəkərək artıq bu problemin də həll olunduğunu söyləyib. Zarafatları, söhbətləri və iddialı cümlələri ilə artıq tamaşaçıların da ürəyinə yol tapan Pərviz performansı ilə də diqqət mərkəzindədir.
Pərvizin "Bu yarış mənimdir" sözləri isə aparıcıların xoşuna gəlib və efirdən onu alqışlayıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər