Xəbər lenti

Türkiyə Avstriyaya nota verdi
Dünya 14:54 14.02.2019

Türkiyə Avstriyaya nota verdi

Türkiyə Xarici İşlər Nazirliyi Avstriya parlamentinə nota verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, notaya səbəb Türkiyədə rəsmi siyasi partiyanın rəmzi olan "Bozqurd" işarəsinin qadağan edilməsi və PKK terror təşkilatının simvolu ilə eyni siyahıya daxil edilməsidir. Yeni Simvol Qanunu 1 mart 2019-cu ildə qüvvəyə minəcək. 

Etiraz notasında qərarın ağıl və məntiq xaricində olduğu bildirilib və populizm adlandırılıb. Nazirlik bu addımın Avstriya ilə əlaqələrə böyük zərbə vuracağını açıqlayıb.
 
Gülşən

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->