Video 22:05 18.02.2020

Türkiyə çempionatında it meydana girərək oyunu dayandırdı (VİDEO)

Türkiyə I liqasının XXII turunda keçirilən "Fatih Karagümrük" - "Giresunspor" oyununda ilginc olay baş verib.

Qaynarinfo xəbər verir ki, qarşılaşmaının gedişində meydana it daxil olub və oyun dayandırılıb. Meydan sahiblərinin futbolçusu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topu heç kimə vermək istəməyən "dəvətsiz qonağ"ı futbolçular aldadaraq meydandan çıxarsalar da, o, yenidən geri qayıdıb. 

Bu dəfə "Fatih Karagümrük" klubunun kapitanı iti qucağına alaraq meydanın kənarına aparıb. Üçüncü dəfə meydana daxil olan it sonda mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.