Xəbər lenti

Türkiyə Cümhuriyyəti 97 yaşında!
Siyasət 10:52 29.10.2020

Türkiyə Cümhuriyyəti 97 yaşında!

Türkiyənin cümhuriyyət elan edilməsindən 97 il ötür.

Qurtuluş müharibəsinin qələbəsindən sonra Mustafa Kamal Atatürk yeni Türkiyə dövlətini modernləşdirib və demokratikləşdirib.

Ankara Türkiyə hökumətinin mərkəzi olandan sonra yeni dövlət başçısı seçilməli idi. O günə qədər bu vəzifəni Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Kamal Paşa icra edirdi.

Bəzi xarici ölkələr də "Lozanna” razılaşmasının təsdiqlənməsi üçün Türkiyədəki yeni dövlət rejiminin daha açıq şəkildə təyin olunmasını istəyirdilər.

Bu zaman Deputatlar Şurasının istefası və Məclisin etibarını qazanacaq bir kabinet siyahısının qurulmaması bu problemin təcili həllini tələb edirdi.

25 oktyabr 1923-cü ildə hökumətin istefası ilə bir böhran başlayıb. Bu hadisə Atatürkə respublika elan etmək üçün gözlədiyi fürsəti verib. 28 oktyabr 1923-cü il axşama qədər hökumət qurulmadıqdan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündəki dostlarına "Sabah cümhuriyyəti elan edəcəyik” deyərək fikrini açıqlayıb.

O gecə Atatürk və İsmet İnönü, 1921-ci il konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsini hazırlayıblar.

1923-cü il 29 oktyabr, bazar ertəsi günü, saat 18:00-da İsmət İnönünün başçılığı ilə Məclis toplanıb. Konstitusiya Komissiyası tərəfindən təqdim edilən və konstitusiya dəyişikliyini ehtiva edən təklif dərhal müzakirə üçün gündəmə gətirilib.

Rəyə təqdim olunan layihədə aşağıdakı müddəalar yer alır:

Suverenlik qeyd-şərtsiz millətə aiddir. Milli işlərin həqiqi idarə olunması insanlardan asılıdır. Türkiyə dövləti cümhuriyyətdir.

Türkiyənin dövlət dini İslam, rəsmi dili Türk dilidir.

Türkiyə hökuməti Böyük Millət Məclisi tərəfindən idarə olunur.

Türkiyə Cümhuriyyətinin başçısı Türkiyə dövlətinin başçısıdır. O, lazım bildiyi zaman Böyük Millət Məclisinə və Nazirlər Şurasına rəhbərlik edir.

Qanun layihəsi 20:30-da iclasda iştirak edən 158 üzvün hamısının səsi ilə təsdiqlənib. Cümhuriyyətin elanı alqışlarla və "Yaşasın Cümhuriyyət” sədaları ilə qarşılanıb.

Cümhuriyyət elan edildikdən sonra prezident seçkiləri keçirilib. Gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini alan Qazi Mustafa Kamal Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türk dövlətinin ilk prezidenti seçilib.

Mustafa Kamal Paşanın TBMM-ə müraciəti, Türkiyə Böyük Millət Məclisinin qeydlərinə belə daxil edilib:

"Cənablar, əsrlər boyu Şərqdə haqsızlığa və zülmə məruz qalan millətimiz, türk millətinin əslində sahib olduqları yüksək qabiliyyətlərindən məhrum olduğu düşünülürdü.

Son illərdə xalqımızın faktiki istedadı, anlayışı özləri haqqında pis düşünən insanların nə qədər həqiqəti görməkdən uzaq olduqlarını çox yaxşı sübut etdi.

Millətimiz mövcud keyfiyyətlərini və dəyərlərini sivilizasiya dünyasına göstərə biləcək. Türkiyə Cümhuriyyəti dünyanın bəyan etdiyi əsərlər arasında tutduğu yerə layiq olduğunu sübut edəcək… Həmişə millətin sevgisinə və etibarına söykənərək birlikdə irəliləyəcəyik. Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu olacaq və qalib gələcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->