Xəbər lenti

Türkiyə ilə diplomatik münasibətlərin 30 illiyi: 15 milyardlıq hədəfə doğru
Siyasət 12:13 14.01.2022

Türkiyə ilə diplomatik münasibətlərin 30 illiyi: 15 milyardlıq hədəfə doğru

"2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyindən danışarkən deyib. Deputat bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş dövlətin rəhbəri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdiyini önə çəkib:

"Hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Diplomatik münasibətlərimizin 30 illi tamam olsa da, iki ölkə qardaşlığının tarixi əsrlərə söykənir. Azərbaycan Türkiyə arasında siyasi və strateji münasibətlər ilə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur. Pandemiyanın təsirlərinə rəğmən, ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.160 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”.
Deputat bildirib ki,  2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi:
 


"Pandemiya səbəbindən bu göstərici 245 milyon dollar azalsa da, yenə də 4 milyard dolların üstündədir. Pandemiyadan əvvəlki illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub”.

Bahar

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->