Almaniyanın "Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, Bremen təmsilçisi Bundesliqanın digər nəhəngi "Borussiya”dan (Dortmund) Ömər Toprakı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi bir mövsümlük icarəyə verilib. Məlumatı "Verder"in saytı yayıb.
Qeyd edək ki, Ömer Toprak "Borussiya"da 2017-ci ildən çıxış edirdi. O, ötən mövsüm Bundesliqada 9 oyunda forma geyinib. Türkiyəli futbolçu əvvəllər "Frayburq" və "Bayer"in də heyətində yer alıb və 2011-2017-ci illərdə milliyə çağırılıb. "Verder" isə ötən mövsüm 8-ci yeri tutub.
Şərhlər