Xəbər lenti

Siyasət 16:51 27.09.2020

Türkiyə müxalifətindən Azərbaycana dəstək

"Ermənistanın beynəlxalq hüquqa zidd olaraq atəşkəsi pozmasını və mülki şəxslərin ölümünə, yaralanmasına səbəb olan hücumunu qınayırıq. Cümhuriyyət Xalq Partiyasının (CHP) hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bir daha vurğulayırıq”.

Qaynarinfo xəbər verir ki, bu, CHP-nin Ermənistanın hərbi təxribatları ilə bağlı yaydığı bəyanatında əksini tapıb. Bəyanatda təmas xəttində baş verənlərdən narahatlıq keçirildiyi bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar hücumlarına dərhal son qoyulmalı, sülhün bərqərar olması üçün ilk növbədə, Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.

İYİ Partiyanın sədri Meral Akşener də Azərbaycana dəstək verib:

"Ermənistanın Azərbaycana qarşı hücumları qəbuledilməzdir. Türkiyə hakimiyyətini, beynəlxalq ictimaiyyəti və Minsk qrupunu erməni işğalının aradan qaldırılması və problemin həlli üçün təcili addım atmağa çağırıram. Hər zaman olduğu kimi haqlı davasında can Azərbaycanımızın yanındayıq”, - siyasətçi vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?