Xəbər lenti

Türkiyə - üzü aşağıya doğru, rus uçağı kimi!
Dünya 12:41 02.03.2016

Türkiyə - üzü aşağıya doğru, rus uçağı kimi!

Şərq xalqları böyük bir imtahan qarşısında! Əslində, bu imtahan olmaya da bilərdi. Əgər Şərqin zəif cəhətləri gizli, siyasi (Qərbdən gələn) müdaxilələrlə “sapı özündən olan baltalar” sayəsində qabardılmasaydı. Qlobal imperializm Sovet imperiyasını cökdürməklə qarşısında ciddi maneənin olmadığından vəcdə gələrək, “Orta Şərq planlaması”na başladı. ( Bu plan onsuz da vardı.) SSRI dağılandan az sonra ABŞ-in dövlət katibi K. Rays bunu açıq demişdi; “Orta və Yaxın Şərqdə 22 dövlətin sərhədləri dəyişdirilməlidir".

Əslində l Dünya müharibəsi qurtaran kimi, dünya siyasi xəritəsinin kimlər  tərəfindən, özü də necə cizgiləndiyini bilənlər bilir. (Bizimlə Türkiyə arasına Ermənistan adlı hasarın çəkilməsini də!) O da bəllidir ki, həmin vaxt  ipə-sapa yatmayan bircə Atatürk və onun Türkiyəsi oldu. Sevr müqaviləsindən sonra Lozan anlaşmasına gedən (1923-cü il) Ismət Paşaya ingilis nümayəndələr nifrətlə demişdilər; “Lap 100 il də keçsə,  Sevr müqaviləsini sizlərə təzədən imzaladacağıq.”( Budur, 100 illik gəlib çatıb. Dünya ağaları Canaqqala savaşında uduzmalarını, Atatürkün haqlı və möcüzəvi qələbəsini təəssüf ki, həzm edə bilmirlər. Bunu nəzərdə tutan Mahatma Qandı demişdi; “Atatürk olmasaydı, mən elə biləcəydim ki, Allah da ingilisdir.”)  Sonralar yenə ipə - sapa yatmayanlar, çaşıb tələbdən kənara çıxanlar  oldu. Məsələn, xeyli müddət yağlı və yaxşı xidmətdən sonra S.Hüseyn və M.Qəddafi ağalarına təpik atdılar. Nəticəsi bəllidir.( Belə örnəkləri sadalamaq olar.) Bu gün İrak faktiki 3 hissəyə bölünüb. Buna əsas bəhanə, bildiyimiz kimi, yalançı “atom bombası axtarışı”, əslində isə S. Hüseynin 20 illik əmrə müntəzir xidmətindən sonra, dünya ağalarının üzünə ağ olması oldu. Həm də, bir Səddam bəhanəsiylə milyon yarım iraqlı qırıldı. Sağ qalanlar daha bədbəxt günə salındı. Demokratiya adı ilə gələnlər ən adi insan haqlarına belə yer qoymadılar!.. Dünya imperializmi tərəfindən diqqət yetirilən cəhətlərdən biri də odur ki, Şərq ölkələrinə başçı təyin etdiriləndə əsasən psixi prablemli şəxslərə üstünlük verilir. Adı çəkilən S.Hüseynə və M. Qəddafiyə yaxından bələd olanlar bunu təsdiq edirdilər. ( H. Kisincerin belə bir etirafı var; Amerika böyük dövlətdir. Həm də ona göpə ki, öz daxilində vətənin qeydinə qalanları hakimiyyətə gətirir, başqa ölkələrdə isə vətən xainlərini...) Deyən tapılacaq ki, axı M. Qəddafi son zamanlar əhalini yaxşı dolandırırdı. Bəli. Amma, onun imperializm qarşısında günahlarından biri də, elə bu idi. Pulu müsəlmana qədərindən də az xərcləmək, imperializmə ötürülənin qalığını isə sadəcə hamının gözü qabağında göyə sovurmaq lazımdır... S.Hüseyn isə o həddə qədər “inkişaf” etdi ki, “Quran”ın bir nüsxəsini öz qanı ilə yazdırdı və bundan sonra demişdi; “Burda mənəm, Bağdatda və dünyada heç kim! Allah indi tam mənasıyla mənimlədir.” M.Qəddafi də  “Yaşıl kitab” adlı  “siyasi” nümunə yazmışdı. Müjdə kimi bütün müsəlman xalqlarının dillərinə tərcümə etdirmişdi. Tezliklə dünyanın ixtiyarı müsəlmanların əlində olacağını fərəhlə qeyd edirdi... Mətləbə yaxınlaşaraq onu qeyd edək ki, imperializm yaxşı bilir ki, psixi problemli adam hansı ölkənin başına gətirilərsə, birinci, həmin ölkədə tapılmayan problemlər də cücərməyə başlayacaq. İkincisi, həmin ölkəni məqamı çatanda yerlə yeksan etmək o qədər də çətin olmayacaq. Tarixdən və psixologiya tarixindən bunlar məlumdur. O da məlumdur ki, normal adamlar həlledici məqamda əhalini qırğına vermirlər... Belə oyunların Türkiyənin başında da oynanılmasına həmişə cəhd edilir. Bir sıra ehtimal və şübhələrin dilə gətirilməsi hələ yerinə düşməsə də, amma.., məsələn; Fətullah Gülən kimi bir psixopat - məsum, ilahi bir dini lider kimi şişirdilərək, nəinki Türkiyədə, dünyanın xeyli ölkələrində hörmətə mindirildi. Onun başqalarından seçilmə üstünlüyü  psixoloji problemlərinə rəğmən, həm də yaxşı vaiz olması, sadəlövh müsəlmanları yaxşı ağlada bilməsidir. (Sadəlövh müsəlman onsuz da ağlamaqçün sinov gedir. Hətta, öz mahnısıyla, poeziyasıyla. Sem dayı bu psixologiyanı gözəl bilir.)  Fətullahçılq da, “İlımlı islam” ideologiyası və AKP-çilik də Türkiyədə Cümhuriyyətçiliyin, dünyəviliyin, demokratiyanın deqradasiya olunub aradan qaldırmasına hesablanıb.

”Ərəb baharı”nın qan donduran dəhşətli soyuğu növbə ilə Suriyaya, İrana və Türkiyəyə gəlməli idi. İranın bu bəladan hələlik uğurla sıyrılıb çıxmasda əsas səbəb,- İrandakı (dövlət quruluşu hər nə olsa da) dövlət yetkililərinin milliliyə, farsçılığa bağlılığıdır. Qısası, dövlətin milli olması, bütün çıxarlara (kiminsə gizli tapşırıq və xahişiylə yox) məhz  milli fars tələbiylə baxmasındadır. Bu keyfiyyəti (çox təəssüf ki)  bu günkü Türkiyə dövlətinə, hökumətinə qətiyyən aid eləmək olmur! Sadəcə, məqamı gələndə (məs; seçkidən-seçkiyə) bu illuziya yaradılır. (Dünya onsuz da əsasən yalan və illuziyalarla idarə olunur. Bunun adına ham də “siyasət elmi” deyirlər.) Türkiyənin indiki bəlaları burdan qaynaqlanır. ( İrəlidə bunu nümunələrlə əsaslandıracağıq.)  Bəlaya salınan Suriyada B.Əsədin çökdürülməsinin saqqız kimi uzadılmasında əsas məqsədlərdən biri də, böyük tarixə və mədəniyyətə malik bu ölkənin həm tarixini, abidələrini, həm də mədəniyyətini (əhalini də həmçinin) maksimum yox etməkdir. Bu uzadılma başqa məqsədlər üçün də yetərlidir. (Axı, imperializn həmişə bir güllə ilə iki-üç dovşan vurur.) Məsələn, İŞİD gizli şəkildə formalaşdırılarkən Qərb həm də öz ölkələrindəki paranoylardan canını qurtarmaq xətrinə (yüksək maaş vədiylə,həm də onlar üçün ləzzətli bir əyləncə olan - adam öldürmək yanğılarını ovundurmaq üçün) hamısını göndərdilər Suriyaya. Özü də əsasən Türkiyə üzərindən. Türkiyə bu gün böyük günahlar bataqlığındadır. Özünü dünyanın sahibi kimi görənlər  “günah keçisi”ni gec də olsa tapıb yerində - başda oturtmuşlar. Bu AKP-dir. AKP-nin hakimiyyətə gətirilməsi üçün (2002-ci il) ölkəyə kreditlər (həmin vaxt səhv etmirəmsə 19,5 milyard dollar) və AKP-yə ən müxtəlif dəstəklər verildi. AKP-nin xoşgörü obrazı sadə türkün gözündə sürətlə və çox ustalıqla yaradıldı. (Xalqın kütlə olması həmişə ancaq imperializmin işinə yarayır.) Əslində həmin ərəfədə (tapşırılan öhdəliyi yerinə yetirə birməyən) “Rifah” dınçi  partiyanın hakimiyyəti dağıdılaraq, onun milli olmayan qanadı ilə gizli danışıqlar sayəsində  AKP yaradıldı. (Bunu, əvvəl AKP-də yer alıb sonra dışlananlar da boyunlarına alırlar. Məs; Abdulrahim Karslı, Baçbakan yardımçısı olmuş Abdulletif Şener və b. Əvvəllər R.T.Ərdoğan da çıxışlarında özü haqqında qürurla deyirdi; “- Biz Ortadoğu projesinin esbaşkanlarından bir tanəsiyiz. Bizə belə bir görəv verilmişdir.” 
Amma, Orta Şərqin qan gölünə çevrilməsi şiddətləndikcə, bu kimi ifadələri  arxivə göndərdi.) AKP-yə qədər də Türkiyədə demokratiyanın və milli düşüncə keyfiyyətinin ən müxtəlif yollarla çürüdülməsinə cəhdlər edilmiş və bu, əksər sahələrdə öz bəhrəsini vermişdi.  Kənardan gələn bu müdaxilələr  daha effektli olsun deyə, tədbirlər həmişə kompleks şəkildə aparılıb. Məsələn, milli olmayan AKP-nin 2002-ci ildə hakimiyyətə gətirilməsi ücün millətçilərin partiyası sayılan MHP-nin lideri Dövlət Baxcalı hec bir məsləkdaşin fikriini saya salmadan, təzə formalaşmış, əsasən milli ruhlu kadrlardan ibarət 57-ci hökuməti istefaya göndərtdi.( Bunun sirri hələ də məlum deyil.) Təcili seçki keçirildi və tam ümmətçilik abı-havasıyla formalaşdırılmış  AKP hakimiyyətə gəldi. İmperializm bilir ki, milli dövləti dağıtmağın ən kəsə yollarından biri də milli olmayan qurumu hakimiyyətə gətirməkdir. Bunu Balkanlarda, Yuqoslaviyanın dağıdılmasında da sınaqdan keçirdilər. (Bizim sadəlövh, bir çox hallarda isə başı boş müxalifətçilərimiz  hələ də  elə bilirlər ki, Sem dayıya sığınmaqla bu ölkədə güclü demokratiyaya və başqa  nələrəsə nail olacaqlar. Day bilmirlər ki axırda özlərinin pis günə qalmaları cəhənnəm, ölkənin pis vəziyyətə salınmasına stimul verirlər. Demokratik, böyük dövlətlər özlərinə yad, kölə xidmətiylə yanaşan, düşmən bildikləri xalqlara nəin ki demokratiya vermirlər, buna daxili zəmin yarandıqda belə, min bir oyunla əngəlləyirlər. Axmaq deyillər ki, xalqlara inkişaf bəxş edən demokratiyanı başqalarına paylasınlar, öz qarşılarında gələcək rəqib görsünlər.  O başqa məsələ ki, bir ölkəni başqasının üzərinə salışdırmaq üçün müvəqqəti istisnalar ola bilir. Məs; Gürcüstan, Ukrayna hadisələri və s. Yaxın tarix öz faktlarıyla bunu neçə dəfə sübut etməlidir ki, bütun sadəlövhlər  başa düşsün?!...) 

Hakimiyyət  kürsüsünə çıxan R.T.Ərdoğan barmağındakı nazik nişan üzüyünü xalqa göstərərək demişdi; - ‘Mənim bütün maddi var-dövlətim bir bundan ibarətdir. Əgər bundan artığını sonralar görsəniz məni dərhal istefaya göndərərsiniz.” (Təbii ki, gürultulu alqışlar və rəğbət! Kütlə üçün gözəl jestdir, deyilmi? Bu gün isə Ərdoğan dünyanın ən varlı dövlət başçılarından biri kimi məşhurdur.) Bəli, xaricdən axıb gələn kredit və bopclar hesabına bir neçə illər Türkiyədə zahiri inkişaf görüntüsü yaradıldı. Yollar, müxtəlif  tikintilər, camaata verilən kreditlər, bol-bol dini ibadətxanalar, mədrəsələr və s.  Bu, AKP-nin növbəti seçkilərdə qələbəsinə və son “nailiyyətədək” ömrünün uzadılmasına hesablanıb. (İmperializm camaatın zəif damarını ələ almağı yaxşı bilir. Onu da yada salaq ki, AKP dönəmində dinə aşırı dərəcədə önəm verildiyi halda, qadın zorakılığı və öldürülməsi (illər üzrə) əvvəlki vaxtlardan dəfələrlə artıq olmuşdur. Təkcə son bir ildə 300-dən çox qadın kişilər tərəfindən öldürülmüşdür. Bir dəfə Ərdoğan da kürsüyə çıxaraq demişdi; “- Qadın və erkək eşit (bərabər) olamaz. Bu fitrətə ziddir...” Bu ifadəni, özünü demokratik, hüquqi dövlətin başçısı sayan şəxsin deməsini təsəvvür edirsinizmi?) Beləliklə AKP-nin yeri (seçkidən-seçkiyə) möhkəmləndirilməklə paralel, Fətullah Gülən hərəkatı da gücləndirildi. (Hələ, ehtiyatda saxlanılan Harun Yahya-Adnan Oktar “fenomenini” demirik.) Türkiyə toplumu  hələ də illuziyadan ayıla bilmir ki, - dövlət və hökumət milli olmaya bilər! (Toplumun bir ətalət bəlası da budur!)  Dini müqəddəs sayan əhalinin səmimi duyğularına siyasi dinçiliklə bər-bəzək verilərək, mənəvi abi-hava xeyli dəyişdirildi.Dindarlıq dinçiliklə əvəzləndi. (Eruditsiyalı oxucu bilir ki, dindar başqadır, dinçi başqa. Siyasi islam -  imperializm əlində şərqlilərə qarşı əvəzsiz vasitədir.)  

Ölkədə millilik, Atatürkün Cümhuriyyətə ərməğan qoyub getdiyi demokratiya və dünyəvilik ən yüksək səviyyədə təhrif edilərək, aşağılandı, təhqir olundu. Hamı üçün müqəddəs olan Atatürk və Milli Ordu yüksək tribunalardan saxta əsaslarla gözdən salınmağa girişildi. Nəhayət, ölkənin, millətin və Cümhuriyyətin qarantı olan Milli Ordunun özünə məxsus hərbi məhkəmələr AKP-nin səs çoxluğuyla TBMM-də ləğv edildi. Ordunun ixtiyarı mülkü məhkəməyə verildi. İşi bir az da sürətləndirmək (ordunu daha tez əzmək) üçün tərkibi fətullahcılardan və akpçilərdən ibarət özəl məhkəmələr yaradıldı! (Bilirdilər ki, oturuşmuş, vicdanlılığıyla ad çıxarmış, qanuna söykənən məhkəmə qurumları bunun öhdəsindən gələ bilməz!) Bundan sonra “Ergenekon” və “Balyoz” adı ilə 1000-ədək hərbiçi və ən vətənpərvər  ziyalılar mühakimə olundu. Ordunun  yüksək çinli generalından (hətta Genel Kurmay Başkanı), Universitet rektorunadək, tam saxta dəlillərlə (bir daha qeyd edək; tam saxta dəlillərlə və bir çoxu 20 illik, ömürlük)  Silivri zindanına atıldı!  Ölkədə hamı üçün müqəddəs sayılan,  demokratiya və qanunçuluğun qarantı kimi güvənilən Milli Ordu “sapı özündən olan baltalar” sayəsində sındırılıb, gözüqıpıq edildi! Dinçilik dövlətin ən əsas qayəsinə çevrildiyindən, idarəçilikdə bütün postlara bu rakusdan baxanlar önə çəkildi. (Cümhuriyyət tarixində ilk dəfə məhkəmə sənədlərində hədislər, rəvayətlər və s.  stat və dəlil kimi göstərildi...) Elmi inkişaf dini inkişafa doğru istiqamətləndirildi. Mediyanın 80%-dən çoxu hakimiyyət və fətullahçılar ətrafında cəmləşdirildi... Bir sözlə, Türkiyə demokratiya və Cümhuriyyətçilikdən sürətlə uzaqlqşdırılaraq, Səudiyyə Ərəbistanı “dövlət” modelinə doğru yön aldı! (R.T.Ərdoğan üçün ən əziz ölkə Səudiyyə Ərəbistanının olması təsadüfidirmi?) 

Bu dəyişikliklərin hamısına tribunadan “demokratiya, yüksək inkişaf ” deyildi. (Əslində, imperializm və onun təyinatları siyasi anlayışlardan və adlardan  həmişə tərsinə istifadə edirlər. Buna siyasət deyirlər və bu onlar üçün mütləqə yaxin  qanundur!  Məsələn; “Qloballaşma”- yəni milli mənsubluğunu itir, bizim ətrafımızda başını girlə. Yaxud; “Sizə demokratiya gətirəcəyik”  – yəni; Sizin müxalifətlə iqtidar arasında “dovşana qaç, taziya tut deyəcəyik”, axırda da  ölkəni pis vəziyyətdə qoyub aradan çıxacağıq. “Ərəb baharı” – yəni; Ərəb sazağı. “Biz terrorizmə qarşı həmişə mübarizə aparaşağıq” – yəni; Biz varıqsa, demək terrorizm də həmişə olacaq. Yaxud; “Xalqlara bərabərlik gətiririk” - yəni;  Xalqları yaxşıca bir-birinin üzərinə salışdırıb,axırda haqsızın yanında olacağıq ki, intriqaları əbədi olsun. Yaxud; “Sizin ölkədə insan haqlarını müdafiə edəcəyik” – yəni; Sizin hakimiyyət bizə yaxşı görüm-baxım eləmir, bir az onu sıxmaq istəyirik. “İnteqrasiya” – yəni; özünü unut, bizdən yapış. Yaxud, şaiyə yaydırırlar ki; “XXl əsr türk əsridir”. Yəni; Ey türklər gedin əlinizi qoyun qulağınızın dibinə arxayın yatın, XXl əsrdə sizin ən böyük dövlətinizi də böyrüstə qoyacağımızdan əndişələnməyin. Yaxud; “Xristianlıq tədricən yox olacaq, bütün dünya müsəlmanlığı qəbul edəcək” yəni; Ey müsəlman sən də get ən sevimli peşəniz olan uyumağınla məşğul ol, biz sənin başına nə oyunlar açsaq da narahat olmağa dəyməz. Yat ki, oyananda görəcəksən ki,...  Yaxud; “Bütün elmlər “Quran”ın içində var” – yəni; Ey müsəlman birdən nə badə  dünyəvı elmləri öyrənmək fikrinə düşərsən, ha.  Nə olsun ki, müsəlman ölkələri müstəqil olaraq bir kibrit də düzəldə bilmir. Bu örnəyə sadiq qalaraq, hamınızın ancaq molla qədər bilməyiniz bəsinizdir. Bizə belə sərf edir. Onsuz da hər şeyi biz düzəldirik, sən də bizdən alırsan və asılısan. Get boş-boşuna qürrələn ki; Avropa hər şeyi bizdən öyrənıb...  

Yaxud, AKP – yəni; Ədalətsizlik və Çökdürmə partiyası. Və s. və i.a.)   2013-cü ilin dekabrınadək AKP və Fətullah Gülən cəmaatı hakimiyyəti bölüşmələrindən narazı görünmürdülər. (Sem dayı da bilir ki, “İki qoçun başı bir qazanda qaynamaz.”  Məqam çatanda, ümumi işin xatrinə birini o birinin güdazına vermək lazımdır.) Elə ki 17-25 dekabr (2013)  “Yolsuzluq və rüşvət operasyonu” adı altında fətullahçı müstəntiq və hakimlər AKP-li nazirlərin üzərinə yeridilər, nazirlərin və övladlarının evlərindən milyonlarla dollar bağlamaları (əsasən ayaqqabı qutularında) və pulsayan aparatlar çıxardılar, həmin andan dostluq düşmənliyə çevrildi. (Yəqin, F.Güləni qandırmışdılar ki, bu faktı üzə çıxarsan əhali AKP-nin üzərinə yeriyib onu hakimiyyətdən devirəcək, əvəzində sənə “sağ ol” deyib, hakimiyyət başına gətirəcəklər. Amma, öz zəif başıyla o nəzərə ala bilmədi ki, güc strukturları  AKP-nin və Ərdoğanın əlindədir. Ərdoğan isə lider kimi xarizmatikdır. Zəif başıyla onu da nəzərə ala bilmədi ki, öz təşkilatının və AKP-nin fəaliyyəti sayəsində Türkiyə artıq əvvəlki Cümhuriyyət deyil, güc strukturları indi müstəqil deyil! Qanunsuzluq baş alıb gedir... Təbii ki, Ərdoğan təcili əks reaksiya verdi. Fətullahçıların üzərinə yeriməklə bərabər, 10 “şübhəli” naziri işdən çıxardı, yeni kabinet formalaşdırdı. Daha bir qabaqlayıcı tədbir isə 5000-dək hüquq məmurunun (bəzılərininkini bir neçə dəfə) iş yerini dəyişdi. Bununlada ölkənin  (müvazinətini onsuz da itirmiş) hüquq sistemi nakaut vəziyyətinə düşdü, başını itirərək “kimin əli kimin cibində” olduğunu yaddan çıxardı. Həmin nazir və balaları tam cəzasız qaldı. Əhalinin başını qatmaq,gündəmi dəyişmək və bir az itirilmiş rəğbəti qayrarmaq üçün Slivri zındanında nahaqdan yatanlar buraxıldılar. Əvəzində, onları tutduran (eləcə də 17-25 dekabr hadisəsinin iştirakçısı olan) fətullahçı hüquqşunaslar  mühakiməyə cəlb edildilər. (Əslində, bir çoxu hansısa yolla xaricə yola salındı.) 

Bir sözlə,qlobal imperializm AKP və Fətullahçı “Xizmət” hərəkatı birliyini yaradaraq Türkiyə üzərindəki niyyətlərində xeyli irəliləyiş etdi. (Əslində,  bu öhdəlik əvvəl Başbakan olmuş dinçi A.Menderesə və N.Ərbakana da tapşırılmışdı. A.Menderesin niyyəti bəlli olan kimi ordu tərəfindən devrilərək asıldı. Həmin vaxt prezident olmuş C.Boyar isə ABŞ-ın ciddi xahiş-minnətindən sonra asılmadan xilas edildi. N.Ərbakan isə hakimiyyətdən düşürülərək, 2003-cü ildə qarşısına qoyulmuş gizli tələbləri etiraf etdi, Türkiyəni bu günə qoymağa vicdanının yol vermədiyini bildirdi... Belə niyyətin yolçuluğu Atatürk öləndən, Türkiyə NATO-ya üzv olandan başlanıb ) Atatürk dönəmində təyyarə istehsal edən ölkə, bu gün ələbaxan vəziyyətindədir. Naşılıq, dövlətçiliyə aidiyyatı olmayan kadrlar və kənardan yönləndirmə ucbatından ölkə bu gün samanı da xaricdən alır. Çox qüdrətli bir ölkə borc içində çabalayır. Xarici borc 250 milyard dollardan yuxarıdır. Əhalisinin 17 milyonu yoxsulluq həddinin altındadır. Əmək qabiliyyətlilərin 18,3%-i işsizdir. (AKP hakimiyyətə gələndə bu 8,5% idi. Həm də bunlar, hələ rəsmi göstəricilərdir.)

Türkiyənin bu günkü ən böyük bəlası (nə qədər qəribə görünsə də) həm də müxalifətsizlik bəlasıdır! Doğrudur, Ana müxalifət – CHP, milliliyi öndə sayan MHP vardır. Amma, əvvəllər güclü nüfuza malik bu partiyaların səsləri (son 15 ildə) gün-gündən zəifləməkdədir. Bu, əsas ondan irəli gəlir ki, CHP və MHP nə qədər AKP-ni  kəskin “söysələr də”, həlledici məqamlarda həmişə AKP-nin “əlinə oynayırlar”. (Müxalifəti nüfuzdan salan əsas budur.) Buna saysız misallar olsa da, birini nümunə kimi nəzərə çatdıraq: 2014-cü il prezident seçkilərində hamı bilirdi ki, AKP-dən namizəd R.T.Ərdoğan olacaq. (Qanuna görə o, Baş nazirlikdən istefa verməli, sonra namizədliyini irəli sürməli idi. Həmişə olduğu kimi, bu dəfə də o, qanunlara məhəl qoymadı. Müxalifət isə bunu əsasən görməməzliyə vurdu.) Müxalif düşərgənin  namizədi seçkilər yaxınlaşanadək axtarıldı və açıqlanmadı. (80 milyonluq əhalinin içərisindən namızəd tapmaq görünür belə “çətin” işiymiş!) Mətbuat, televiziya hər gün tapmaca axtarışına çıxmışdı ki, görəsən hansı ünlü, vətəpərvər adam namızəd göstəriləcək.  Nəhayət, həmişə bir-birini  görməməzliyə vuran, bir araya gəlməyən K. Qılışdaroğlu (CHP) və D.Baxçalı (MHP) ortaq namizəd tapdıqlarını elan etdilər.Hamı sevindi ki, şükrlər olsun, nəhayət bir-birini görməzdən gələn (AXCP və Musavat partiyası kimi) bu iki iri partiya lideri axır ki, ölkənin ən taleyüklü məsələsində bir araya gəliblər. Amma! Namizədin adı açıqlananda bütün ölkənin ağzı açıla qaldı! Təkcə ona görə yox ki, bu namizədi ölkə əhalisinin 90%-i  tanımırdı. Həm də ona görə ki, bu namizədin nə CHP-yə, nə MHP-yə, nə hər hansı müxalif qanada, nə də Türkiyənin bu qədər taleyüklü məsələsinə heç bir dəxli yox idi!  Bu, vaxtilə imperializm tərəfindən  “müsəlman birliyi” adına ( təbii, gözdən pərdə asmaq üçün) yaradılmış (əslində isə imperializm üçün dösye yığan) İslam Konfransı Təşkilatının keçmiş sədri Əkmələddin İhsanoğlu idi. Həmin vaxt mətbuatda cıxış edən ziyalıların, seçicilərin əksəriyyəti vurğuluyurdular ki, nəmizədlik üçün 1000 adamın adını çəkə bilərdilər, amma bu ad heç yatsalar yuxularına da girməzdi! (Müxalifətin ölkəyə bundan da böyük xəyanəti ola bilərdimi?! 

Buna Türkiyədə çoxdan hazırliq gedib. Yəni böyük partiyalar daxilində elə diktatorial rejim yaradılıb, partiya rəhbərliyi ətrafında elə “nümunəvilər” oturdulub ki, partiya liderinin sözünü iki eləməyə heç kimin həddi çatmır. Amma, axşamacan demokratiyadan, söz azadlığından danışırlar.) Bir-iki etirazçıya, seçkiyə getmək istəməyənlərə isə K. Qılışdaroğlu tribunadan yumruğunu bükərək demişdi; - “Tıpbış-tıpbış gedəcəksiniz.”  Getdilər də. Etiraz edənlər “tıpbış-tıpbış” partiyadan və növbəti millək vəkilliyindən uzaqlaşdırıldılar...) Ə. İhsanoğlu əvvəllər Türkiyədə yaşamayıb. Misirdə anadan olub. Atası vaxtilə Osmanlının sonuncu baş müftisi olmuş, Atatürkün ölümünə bir neçə dəfə fətva vermiş Mustafa Səbrinin ən yaxın köməkçisi olduğundan, Cümhuriyyət qurulan kimi birgə Misirə qaçmışdılar. (M.Səbri oradan da Atatürkə küfrlər yağdırır, ölümünə fətvalar verirdi.) Ə.İhsanoğlu gəncliyində bir neçə dəfə Türkiyəyə gəlmiş, burada elmi dərəcə müdafiə etmişdi. Baxmayaraq ki, elmi şura üzvlərindən etirazlar səslənmiş ki, onun dissertasiyası plagiatdır, amma, hansısa gizli əl təpkisiylə nəticədə doktor adı qazanıb. Dissertasiyasında və sonrakı yazılarında Cümhuriyyətə heç bir rəğbət hiss olunmur. (Əvəzində Osmanlı  üsul-idarəsinə, dinçiliyə rəğbət önərilir.) Prezidentliyə namizədliyi zəmanı CHP və MHP tərəfindən təşkil olunmuş seçki yığıncaqlarındakı çıxışlarında dəfələrlə çaşmış, Türkiyə haqqında heç əməlli-başlı təlimləndirilmədiyi də üzə çıxmışdı. (Əslində bu seçkiyə uzaqdan “reqlirovka” verənlər bilirdilər ki, əgər Ərdoğan alternativsiz seçkiyə getsə, ola bilsin ölkə seçicisinin heç yarısı gəlməsin və seçki baş tutmasın. Güclu müxalif namizəd isə qətiyyən yolverilməzdir. Belə zəif alternativ ən ideal variantdır.) İndiki CHP və MHP-nin tövrünə bələd olan, əsl Cümhuriyyətçi, Atatürkçü “Vətən” partiyasının lideri Doğu Perinçək  müxalif namizədin adı açıqlanan kimi “Ulusal” telekanalında demişdı; - “Mən müxalifətin millətə xəyanət edəcəyini duymuşdum və demişdim. Buyurun, müxalifət  sözdə özünə rəqib saydiğı Ərdoğanın ayaqları altına qırmızı xalı sərdi. Seçkinin nəticəsi artıq məlumdur.” Bir çox jurnalist və ziyalılar isə yazırdılar ki, əgər Ə.İhsanoğlunun alternativsiz namizədliyi verilsəydı, təbii ki 0% səs toplayacaqdı. Sadəcə, Ərdoğana səs vermək istəməyənlərin əksəriyyəti tanımaza-bilməzə Ihsanoğluya səs verməyə məcbur idilər. Bu, seçim qiyafəsi geydirilmiş seçimsizlik idi. (Bir sözlə qlobal institutlar Türkiyə üzərində çox dəqiq və məharətlə işləyirlər. Qərbin 300-dək institutu Şərq üzərində boş-boşuna baş sındırmır ki?!)

AKP-nin xarici siyasətini isə dünya tarixində anoloqu olmayan “Əqrəb siyasəti” adlandırmaq olar. Çünki bütün variantların sonunda bu siyasət əqrəb kimi Türkiyənin özünü sancmağa yönəlir. AKP hökumətinin əvvəlcə Xarici İşlər naziri işləmiş, prof. dr. “Strateji dərinlik” kitabının müəllifi Ə.Davudoğlu çıxışlarında və yazılarında qeyd edirdi ki; “Biz qonşularla sıfır problem həddinədək Türkiyəni inkişaf etdirəcəyik. Siyasətimizin strateji dərinliyinin bəhrəsini xalqımız tez bir zamanda görəcək...”  Türk xalqı bunu tez bir zamanda gördü, amma, yuxarıda qeyd etdiyimiz imperialist siyasi baxışın nəticəsi kimi! Yəni, Orta və Yaxın Şərqdə AKP Türkiyəsinin rol almasıyla bataqlığın daha çox “strateji” dərinləşməsini də gördü! Qonşularla sıfır problem əvəzində, əvvəlki mehriban qonşuluq münasibətlərinin necə sıfırlandığını da gördü! (Bu strateji uğura görə Ə.Davudoğlu mükafatlandırılaraq Baş Nazir postuna gətirildi.)  Indi Türkiyənin Azərbaycandan başqa mehriban qonçusu qalmayıb. Əslində, AKP öz qlobal öhdəliyinin əksinə olaraq Azərbaycanla həddən ziyadə mehriban davranmaq istəyinin pərdəarxası da artıq çoxlarına bəllidir. Neçə illər AŞPA-da AKP-ni layiqincə təmsil edən (Türkiyəni yox!) və bu xidmətə görə Türkiyə Xarici İşlər naziri təyin edilmiş M.Cavuşoğlunun bu günlər R.T.Ərdoğanın əvəzinə Bakıya gəlişi və rəsmi görüşlərdən sonra keçirilən mətbuat konfransında bizim Xarici İşlər nazirin verilən suallara cavab verməkdə xeyli çətinlik çəkməsi, bunun üzə çıxan bir nümunəsidir. Ardınca prezidentimizin dərhal İrana rəsmi dəvət alması da, bu görüşdən doğan,- regionda AKP-nin “ipinin üstünə odun yığmağın” nə qədər risqli olması narahatlığıyla bağlılıq ehtimalını artırır. (Buradan gedən kimi M.Çavuşoğlu da C. Kerriyə telefon açdı və yəqin ki, Bakı ilə bağlı tapşırığı necə yerinə yetirib yetirməməsinin hesabatını verdi.)  

(Ardı var...)

Mahir Bayram

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->