Xəbər lenti

Xəstəxana tenderin qalibinə 77 777, 77 manat ödəyəcək
Ekonomiks 19:20 23.06.2025

Xəstəxana tenderin qalibinə 77 777, 77 manat ödəyəcək

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 77 min 777 manat 77 qəpik olan tender müsabiqəsinin qalibi "A4 Ofis” MMC (VÖEN - 2002760381) olub.

"A4 Ofis” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının sifarişi ilə bu quruma mətbəə məhsulları, dəftərxana və təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan "A4 Ofis” MMC -nin qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur.

Məlumat üçün bildirək ki, "A4 Ofis” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, mərkəzi xəstəxanalar tərəfindən keçirilən tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən ("zerkalnı”) ibarət olur. Məsələn, ötən il Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin ümumi dəyəri 33 min 333 manat 33 qəpik olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->