Xəbər lenti

Bakıda məşhur hotel 4.5 milyona satışa çıxarıldı (FOT)
Foto 18:45 23.06.2025

Bakıda məşhur hotel 4.5 milyona satışa çıxarıldı (FOT)

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin 15-ci kilometrliyində yerləşən 2 hektarlıq dənizkənarı obyekt satışa çıxarılıb. Ərazi geniş investisiya və logistika imkanları ilə seçilir.

Valyuta.az xəbər verir ki, obyekt 4 500 002 manatla satışa çıxarılıb.

Obyektə 60 otaqlı, 3 mərtəbəli inzibati bina, biri icarədə olan 2 anbar, restoran kompleksi, hovuz, sauna və çimərlik zonası daxildir. Bina ofis, otel və ya işçi yataqxanası kimi istifadə oluna bilər. 46 otaq təmirli və istifadəyə hazır, 24 otaq isə təmirsizdir (pod moyak).

Restoran əsas zal (300 nəfərlik), 4 kabinet və zeytun bağında dəniz mənzərəli açıq restoran (150 nəfərlik) hissələrindən ibarətdir. Çimərlik sahəsində 100 nəfərlik oturacaq, bar, hovuz və digər yardımçı sahələr mövcuddur.

Əlavə olaraq, biri 300 m², digəri 250 m² olan anbarlar və 10 000 m²-lik boş tikinti sahəsi var. Ərazi strateji mövqedə – ticarət mərkəzləri, dəmir yolu və beynəlxalq limana yaxın yerləşir.

Maraqlanan şəxslər 050 221 09 43 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->