Xəbər lenti

Ciddi təhlükə: İtaliyadakı kiçik adada nə baş verir və keçilərin burada rolu nədir?
Dünya 23:17 23.06.2025

Ciddi təhlükə: İtaliyadakı kiçik adada nə baş verir və keçilərin burada rolu nədir?

İtaliyanın Lipari arxipelaqına daxil olan Alykudi adasında gözlənilməz və təhlükəli bir ekoloji problem yaranıb. 

Qaynarinfo xəbər verir ki, cəmi 100-ə yaxın daimi sakinin yaşadığı bu kiçik adanı hazırda təxminən 600 baş vəhşi keçi istila edib. Turistlər bu heyvanlara maraqla yanaşsa da, yerli sakinlər üçün vəziyyət getdikcə daha çətin və təhlükəli hal alır. Bununla bağlı "Express" nəşri məlumat yayıb.

Dağ keçilərinin səbəb olduğu dağıntılar

Yerli hakimiyyətin və sakinlərin sözlərinə görə, keçilər daş divarlarla inşa edilmiş terrasları dağıdır, Alykudi təbiət qoruğundakı qorunan kol və bitkiləri yeyir və evlərə yaxınlaşaraq kaktus, zeytun ağacları və kaperlərə zərər verir. Bəzi hallarda keçilər turist cığırlarını belə bağlayaraq ziyarətçiləri qorxudub.



20 il əvvəl gətirilib, amma nəzarətdən çıxıblar

Keçilər təxminən 20 il əvvəl yerli fermerlər tərəfindən adaya gətirilib. Lakin bir qismi qaçaraq adanın ucqar və kollarla örtülü bölgələrində gizlənib və nəzarətdən çıxıb. 2024-cü ildə keçiləri tutmaq üçün xüsusi şirkət dəvət olunsa da, adadakı çətin relyef və sıx bitki örtüyü səbəbilə bu iş uğursuzluqla nəticələnib.

Yerli hakimiyyət: "Yeganə çıxış məhv etməkdir"

Siciliya kənd təsərrüfatı idarəsinin nümayəndəsi Covanni Dell’Akva məsələ ilə bağlı açıqlamasında bildirib:

"Onlar hər şeyi yeyir və təhlükəlidirlər. Mən bu qərardan qaçmaq istədim, amma onları məhv etmək yeganə çıxış yoludur, əks halda ada tamamilə məhv olacaq".



Bəzi sakinlər bu qərarın qəddarlığını etiraf etsələr də, keçilərin adaya verdiyi ziyanı nəzərə alaraq bu addımın qaçılmaz olduğunu bildirirlər. Yerli sakini Eliza Kollet deyib:

"Bu qəddarca görünür. Amma keçilər hər şeyi yeyiblər. Onların ovlanması təbiətin bir hissəsi ola bilər".

Turizm bölgələrində bənzər problemlər

Qeyd edək ki, bu təkcə Alykudi adasında yaşanan bir vəziyyət deyil. Son zamanlar İspaniyanın ən kiçik kurort adasında da infrastrukturun dağılması ilə bağlı narahatlıqlar artıb. Yerli sakinlər problemin turistlərin sayında deyil, lazımi şəraitin olmamasında olduğunu bildiriblər. Digər tərəfdən, Danimarkanın paytaxtı Kopenhagen dünyanın ən yaşamalı şəhəri seçilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->