Xəbər lenti

Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
Ölkə21:06 23.06.2025

Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səfirliyimizin əməkdaşları bu gün yenidən "Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin "X” hesabında paylaşım edilib.
Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.
"Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq", - qeyd olunub.