Türkiyənin Antalya şəhərinin Finike kəndində meşə yanğını baş verib.
Qaynarinfo Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən 17:00-dan başlayan yanğını söndürmək üçün əraziyə yanğın söndürən maşınlar və 3 helikopter cəlb olunub.
Yanğın külək səbəbi ilə tezliklə böyük əraziyə yayılıb.
8 hektar ərazini əhatə edən yanğını söndürmək hələ də mümkün olmayıb.
Nigar
Şərhlər