51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında “Ən yaxşı qadın” mükafatına layiq görülən azərbaycanlı aktrisa Nesrin Cavadzadə “Hüriyyet” qəzetinə müsahibə verib.
“Qafqazinfo”nun məlumatına görə, aktrisa Türkiyədə qadın olaraq yaşamağın çətinliklərindən danışıb:
“Türkiyədə istədiyim obrazlarda oynaya, arzuladığım geyimləri geyinə, siyasi fikirlərimi ifadə edə bilmirəm. Bura çətin bir ölkədir. İnsanlar düşüncələrini açıq ifadə edə bilmir, edənlər də cəzalandırılır. İstanbulun ən mərkəzi səmtlərindən Şişlidə yaşayıram. Amma bir qadın olaraq 22.00-dan sonra çölə çıxıb iki küçə gəzəndə çoxlu söz eşidirəm. Qadını ikinci sinif görən, onu yox sayan insanlarla qarşılaşırıq. Televiziya seriallarının ssenarilərinə baxın, qadına qarşı düşmənçiliklə doludur”.
Qaynar.info
Şərhlər