Türkiyənin Diyarbəkir bölgəsində qarşıdurma baş verib. Modern.az türk mətbuatına istinadən verdiyi məlumata görə, Diyarbəkirin Kayacık kəndində jandarma binasının tikintisinə etiraz edən sakinlərlə təklükəsizlik xidmətinin əməkdaşları arasında dava düşüb.
Qrupların davasına sonra bütün kənd ayağa qalxıb. Əksəriyyəti kürd olan kənd sakinləri əraziyə çağırılan polis əməkdaşlarına “molotov kokteyli” və kəsici alətlərlə hücum edib. Polis dəfələrlə xəbərdarlıq etsədə kürdləri sakitləşdirmək mümkün olmayıb.
Sonda polis kənd sakinləri atəş açıb. İlkin məlumatlara görə, münaqişə zamanı 2 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.
Hazırda əraziyə əlavə polis qüvvələri cəlb edilib. Kənddə vəziyyətin kritik olduğu bildirilir.
Şərhlər