Türkiyənin Adana şəhərində 1 may İşçi bayramında terror planlaşdıran 10 nəfər həbs edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 250 polislə 24 adresə basqın edilib, nəticədə 6 Suriya, 4 Türkiyə vətəndaşı həbs olunub.
Yaşılbağlar məhəlləsində yerləşən terrorçu evinin divarında "Allah kafiri sevmir" yazılıb. Evin küçəyə baxan hissəsinin 4 tərəfində isə kameralar yerləşdirilib. İŞİD üzvləri ətrafı tikilinin içində yerləşən monitorlar vasitəsilə izləyiblər.
Həbs edilənlər həkim nəzarətindən sonra polis şöbəsinə aparılıblar.
Gülşən
Şərhlər