"Twitter" sosial şəbəkəsi İran KİV-lərinə qarşı sanksiya tətbiq edib.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkə İRNA, YJC və Mehr kimi agentliklərinin fars dilindəki akkauntları bloklanıb. Onların digər dillərdəki akkauntları isə aktiv saxlanılıb.
KİV-lərlə yanaşı, İranın bəzi fiziki və hüquqi şəxslərinin də akkauntları bloklanıb.
Şərhlər