İdman 11:53 21.05.2022

Uduzduğu üçün idmançıya şillə vuran məşqçi işdən çıxarıldı (VİDEO)

Diyarbəkirdə taekvondo məşqçisi məğlub olan gənc idmançı qıza şillə vurub.

Qaynarinfo xəbər verir ki,  bu hadisə ilə əlaqədar Türkiyə Taekvondo Federasiyasından açıqlama verilib. Açıqlamada, məşqçinin barəsində açılan istintaq yekunlaşana qədər taekvondo ilə bağlı vəzifəsini icra edə bilməyəcəyi bildirilib.

Yarış Kayapınar mahalında 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramının qeyd edildiyi bir salonda keçirilib. Yarışa qatılan qadın idmançı rəqibinə məğlub olaraq mübarizədən kənarlaşdırılıb. Məşqçi isə qalibi təbrik edib, ardından tamaşaçıların gözü önündə yarışdan kənarlaşdırılan idmançıya şillə vurub. Həmin anlar bir tamaşaçının mobil telefonunun kamerasına düşüb.

Türkiyə Taekvondo Federasiyasından verilən açıqlamada dərhal lazımi tədbirlərin görüldüyü bildirib. Sözügedən məşqçinin araşdırmalar yekunlaşana qədər taekvondo ilə bağlı vəzifələrini icra edə bilməyəcəyi deyilib. Diyarbəkirdəki Yenişehir Xalq Təhsil Mərkəzində usta məşqçi kimi fəaliyyət göstərən həmin məşqçinin işdən çıxarıldığı bildirilib.

Səbuhi Həsənov

 
Səbuhi Həsənov