Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə xalis borcları açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib.
Məlum olub ki, 8 Premyer Liqa təmsilçisinin ümumi borcu 20 milyon avro təşkil edir. Çempionatımız bu göstərici ilə Avropa 19-cudu.
İngiltərə Premyer Liqasındakı 20 klubun 2 milyard 474 milyon, İtaliya A Seriyası təmsilçilərinin 1 milyard 808 milyon, Türkiyə Super Liqasındakı klubların isə 983 milyon avro xalis borcu var.
Şərhlər