İdman 11:17 06.04.2020

UEFA-dan ÇL-in başlama tarixi ilə bağlı təkzib

UEFA Çempionlar Liqasının avqustun 3-dən gec olmayaraq başa çatdırılması barədə məlumatı rəsmi şəkildə təkzib edib.

Qaynarinfo xəbər verir ki, bu haqda qurumdan rəsmi məlumat yayılıb. Təşkilat həmin məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb: "UEFA prezidenti Aleksander Çeferin Almaniyanın ZDF telekanalına Çempionlar Liqasının 3 avqusta qədər bitməli olduğunu söyləyib. Ancaq bu, belə deyil. Prezident mövsümün sonu üçün dəqiq tarixlərin təyin edilmədiyini açıq şəkildə bildirib".

UEFA həmçinin qeyd edib ki, bütün yarışların başa çatdırılması üçün təqvim barədə həll yolu tapmaq lazımdır. "Hökumətlərin icazəsindən asılı olaraq iyul və avqust aylarında oyunların keçirilməsinin müxtəlif variantlarını araşdırırıq”.

Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.