Xəbər lenti

Uelsin futbolçusu Qaret Beyl: “Azərbaycanın son oyunlarına baxanda...”
İdman 15:43 15.11.2019

Uelsin futbolçusu Qaret Beyl: “Azərbaycanın son oyunlarına baxanda...”

"Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, zamanla özümü yaxşı hiss edəcəyəm. Sabahkı oyunda əlimdən gələn nə varsa etməyə çalıçacağam”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 

Onun sölərinə görə, millidə oynamaq həmişə şərəfdir: 

"Burada olanda çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Bakıda ilk dəfədir oluram. Azərbaycan millisinin son oyunlarında inkişafı görmək olar, 5-10 il əvvəllə müqayisədə fərq var. Rəqib yaxşı təşkilatlanmış komandadır".

30 yaşlı hücumçu Azərbaycan millisi haqda da danışıb. O deyib ki, Azərbaycan millisinin son oyunlarına baxanda inkişaf görmək olar. Ulduz futbolçu qeyd edib ki, 10 il əvvəlki komanda ilə indiki arasında fərq hiss olunur.


Nimar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->