Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ölkəsinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun legitimliyini rəsmən tanımadığını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu haqda UNİAN-ın məlumatında deyilir. Son onlayn brifinqdə o, Ukraynalı səlahiyyətlilərin indi Lukaşenkonu necə adlandıracaqları barədə sualı cavablandırıb. Ona "titul" kimi variantlar təklif edilib: "qanunsuzluqla seçilmiş" və "qeyri-legitim prezident".
"Bunlar media üçün, başlıqlar üçün, Facebook-dakı postlar üçün çox yaxşı ifadələrdir, ancaq rəsmi mövqe barədə soruşursunuzsa, rəsmi mövqeni bildirirəm: sadəcə Aleksandr Lukaşenko", - deyə Kuleba cavab verib.
Alpər
Şərhlər