Xəbər lenti

Dünya 17:33 21.07.2019

Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verdi

Ukraynanın gənclər və idman naziri İqor Jdanov Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkilərində səs verib.

Bu barədə İ.Jdanov öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib: "Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. (APA)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?