Xəbər lenti

Ukraynada döyüşlər dayandırıldı: ölənlər və yaralananlar var (YENİLƏNİB)
Dünya 13:06 18.02.2020

Ukraynada döyüşlər dayandırıldı: ölənlər və yaralananlar var (YENİLƏNİB)

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.  

Qaynarinfo xəbər verir ki, Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib. 

Məlumata görə, separatçılardan isə 1 nəfər ölüb, 5-i də ağır yaralanıb. 

Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.

11.24

Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı qüvvələr arasında ağır döyüşlər başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarından başlayan döyüşlərdə Ukrayna ordusu itkilər verib.

Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib. 
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->