Uşaqları koronavirusdan necə qorumalıyıq? (AÇIQLAMA)

Uşaqları koronavirusdan necə qorumalıyıq? (AÇIQLAMA)

Uşaqları koronavirusdan qorumaq üçün onların rejiminə, düzgün qidalanmalarına diqqət edilməlidir.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "İnstagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də qış fəslinə daxil olduğumuz bir dövrdə uşaqlarda immunitetin zəifləməsi baş verir: "Bu, məktəblərin, bağçaların açıldığı dövrə təsadüf etdiyindən təmaslar da çox olur. Uşaqları qorumaq üçün düzgün, balanslı qidalanmaları təmin edilməlidir. Mədə-bağırsaq sisteminin, yuxu rejiminin pozulmasının qarşısı alınmalıdır. Həmçinin, ailə mühiti qənaətbəxş olmalıdır. Uşaqlar stressə az məruz qalmalıdır. Körpələr 6 aya qədər müstəsna ana südü ilə bəslənməli, 6 aydan sonra isə qida əlavələri ilə yanaşı, ana südü verilməlidir".
XƏBƏRLƏR
BLOGLAR
X