Texnologiya 09:00 25.01.2020

"Vahid elektrik ötürmə cihazı məcburiyyəti Avropa iqtisadiyyatına ziyan vuracaq" - "Apple"

Mobil telefonlar üçün vahid enerji ötürücü cihazlarının məcburi tətbiqi Avropa iqtisadiyyatına zərər vuracaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple" belə bir bəyanat verib. Bildirilib ki, Avropa Komissiyasının qərarı əks nəticə verərək, texnologiyanın inkişafını zəiflədəcək. Apple müştərilərə yeni texnologiyalar təqdim etməsinə komissiyasının bu yolla məhdudiyyət qoya bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası bütün dünyada istehsal olunan mobil telefonlar üçün vahid enerji ötürücüsünün olmasınını təklif etmişdi. Bunun elektronika tullantılarının azallmasına gətirib çıxaracağı və müştərilərin texnoloji avadanlıqlardan əlverişli istifadəsinə şərait yaradacağı qeyd olunmuşdu.
 
Camal