Vatikan Bankının baş direktoru Paolo Çipriani və onun müavini istefa veriblər.
Qaynar.info-nun məlumatına görə, hər iki şəxsin istefasına səbəb bir neçə gün əvvəl bankın mühasibatçısının həbs olunması olub.
Bank rəhbərlərinin istefasını həmçinin Papa taxt-tacının maraqları ilə toqquşduğu da bildirilir. Ehtimal olunur ki, bankın baş direktoru vəzifəsinə Ernst fon Freyberq gətiriləcək.
Qeyd edək ki, Vatikan bankının mühasibatçısı Nunçio Skarno İsveçrədən İtaliyaya 23 milyon avro qanunsuz pulu keçirən zaman həbs olunmuşdu.
Qaynar.info
Şərhlər